Menyu

Rəşad Nəbiyev Qahirədə keçirilən Azərbaycan–Misir biznes forumunda iştirak edib

Operativ Media
Rəşad Nəbiyev Qahirədə keçirilən Azərbaycan–Misir biznes forumunda iştirak edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirə işgüzar səfəri çərçivəsində Qahirədə Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə təşkil olunan biznes forumda iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazir çıxışında belə tədbirlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacağına əminliyini bildirib. O, Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq olunan güzəştlər və imtiyazlar haqqında məlumat verib, həmçinin ölkəmizin rəqəmsal məhsullarının Misir bazarına ixracı üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.

Əlaqəli Xəbərlər